Daha bir marşrut xətti "BakuBus"a verildi

Daha bir marşrut xətti "BakuBus"a verildi
  06 İyul 2021    Oxunub:1376
211 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə məxsus avtobuslarla aparılır.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, marşrut xətti “BakuBus” MMC-nin istismarına verildiyi üçün gediş haqqı nağdsız formada “BakıKart” vasitəsilə ödənilir.

Qeyd edək ki, 211 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc məntəqəsi Aşıq Molla Cümə küçəsi son dayanacaq məntəqəsi isə “Sədərək” ticarət mərkəzi olmaqla müəyyənləşib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Yasamal rayonu, Nəsimi rayonu, Nərimanov rayonu, Binəqədi rayonu ərazisində aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Dadaş Bünyadzadə 4 (Yasamal ray.,)
Əsəd Əhmədov küç. (Yasamal ray.,)
Yeni Yasamal (Yasamal ray.,)
Müzəffər Həsənov küç. (Yasamal ray.,)
Dadaş Bünyadzadə (Yasamal ray.,)
Alı Mustafayev 145 (Nəsimi rayonu.,)
Ceyhun Səlimov 31A (Nəsimi rayonu.,)
Ziya Bünyadov 16 (Nərimanov rayonu.,)
Nəcəf Nərimanov 19A (Binəqədi rayonu.,)

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti