Britaniya "Taliban"la əməkdaşlığa hazırdır

Britaniya "Taliban"la əməkdaşlığa hazırdır
  14 İyul 2021    Oxunub:774
Britaniya hökuməti hakimiyyətə gələcəyi təqdirdə “Taliban”la əməkdaşlıq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzetinə müsahibəsində Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles deyib.

Onun sözlərinə görə, Britaniya müəyyən beynəlxalq öhdəliklərə hörmət ediləcəyi təqdirdə "Taliban"la əməkdaşlıq edəcək.

"Hökumətin tərkibinin necə olmasından asılı olmayaraq, müəyyən beynəlxalq normalara riayət etməsi şərti ilə Britaniya hökuməti onunla işləyəcək", - Uolles bildirib.

Nazirin fikrincə, “Taliban” keçmiş səhvləri təkrarlamayacaq: “Onlar beynəlxalq səviyyədə tanınmaq istəyirlər və bunun üçün sülhün tərəfdarı olmalıdırlar".

Uolles, eyni zamanda Əfqanıstan Prezidenti Əşrəf Qanini və “Talibanı” onilliklərdir davam edən qarşıdurmadan sonra ölkədə sabitliyi bərpa etmək üçün əməkdaşlığa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Taliban   Əməkdaşlıq  





Xəbər lenti