Əfqanıstanda qadınlar teleaparıcılığı davam etdirəcəklər

   Əfqanıstanda qadınlar teleaparıcılığı davam etdirəcəklər
  17 Avqust 2021    Oxunub:1050
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ən çox müzakirə olunan mövzulardan biri də ölkədə qadınların hüquqlarının məhdudlaşdırılacağı oldu. Çünki sosial şəbəkələrdə taliblərin gözəllik salonlarını bağlaması, divarlarda qadın fotoları ilə olan rekalm lövhələrinin rəngləməsinə dair görüntülər paylaşılırdı.
Hətta bəzi mənbələr artıq qadın teleaparıcıların bundan sonra ekranda görünməyəcəyi barədə məlumatlar yaydılar. Azvision.az xəbər verir ki, bu gün Əfqanıstan telekanalı "Tolo News"un qadın aparıcılarla öz yayımını davam etdirməsi diqqət çəkib. Maraqlıdır ki, Taliban buna heç bir etiraz etməyib. Əksinə, verilişə öz rəsmisini göndərib.

"Yüksək rütbəli bir Taliban rəsmisi olan Abdul Haq Hammad bu səhər xanım aparıcı Beheşta ilə verilişdə müzakirə aparıb. Bu iyirmi il əvvəl Taliban hakimiyyətdə olduğu zaman heç kimin ağlına gəlməzdi",-yerli media yazıb. Ölkənin tanınmış şəxsləri, bəzi media nümayəndələri də sosial media üzərindən yeni fotolar paylaşaraq yazıblar ki, qəhrəman əfqan xanımları hadisə yerindən reportajlarını davam etdirirlər.



Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti