Ermənistanda üç hərbçinin güllələnmiş meyiti tapılıb

   Ermənistanda üç hərbçinin güllələnmiş meyiti tapılıb
  19 Avqust 2021    Oxunub:1565
Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üzərində güllə yarası olan üç hərbçinin cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 19 -da saat 02:15 radələrində hərbi hissənin mühafizə olunan ərazisində Murad Muradyan (2002 -ci il təvəllüdlü), Levon Harutyunyan (2002 -ci il təvəllüdlü) və Qor Saakyanın (2002 -ci il təvəllüdlü) meyitləri tapılıb. Hadisənin təfərrüatları araşdırılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti