"Məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək" - DİN rəsmisi

   "Məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək" -    DİN rəsmisi
  20 Avqust 2021    Oxunub:798
“Bütün ticarət obyektlərinin qarşına polisin qoyulması nəzərdə tutulmur. Bu iş həmin sahibkara tapşırılacaq”.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, monitorinq qrupları həmin yerlərdə monitorinqlər keçirəcəklər:

“Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin onyekt sahibinin üzərinə düşəcək”. Qarşıdan tədris ili gəldiyini deyən E.Hacıyev bildirib ki, tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır:

“Heç bir məsələdə güzəştə getməməliyik. Dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşlar diqqətli olmalıdır”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Toy   DİN  





Xəbər lenti