Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib

Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib
  20 Avqust 2021    Oxunub:1051
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti