"Taliban" Pəncşir əyalətinə hücuma hazırlaşır

   "Taliban" Pəncşir əyalətinə hücuma hazırlaşır
  22 Avqust 2021    Oxunub:1193
"Taliban" döyüşçüləri Kabilin şimal-şərqində yerləşən Pəncşir əyalətinə doğru hücuma hazırlaşır.
Bu barədə “Frans Prens” agentliyi Taliban nümayəndəsinə istinadən məlumat yayıb.

"İslam Əmirliyinin yüzlərlə mücahidləri (Taliblərin siyasi sisteminin adı) yerli məmurların sülh yolu ilə təhvil verməkdən imtina etməsindən sonra Pəncşir əyalətində nəzarəti ələ keçirmək üçün hərəkət edirlər",- deyə məlumatda qeyd olunur.

RİA Novostinin mənbəsinə görə, "Taliban" döyüşçüləri hücuma başlamaq üçün əmr gözləyirlər.

Qeyd edək ki, "Taliban" hərəkatı Pəncşir əyalətindəki müqavimətçilərin lideri Əhməd Məsudun təslim olması üçün ona dörd saat vaxt verib. Öz növbəsində Əhməd Məsud Dağlıq Pəncşir əyalətinin taliblərə təslim olmayacağını, onun sakinlərinin müavimət göstərməyə hazır olduqlarını dilə gətirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:





Xəbər lenti