Azərbaycanda daha 30 nəfər koronavirusdan vəfat edib

   Azərbaycanda daha 30 nəfər koronavirusdan vəfat edib
  24 Avqust 2021    Oxunub:1010
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 583 yeni yoluxma faktı qeydə alınıb, 1 644 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44210 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.

Azvision.az





Teqlər: Koronavirus  





Xəbər lenti