Amerika imperiyasının dağılması böyük müharibəyə səbəb olacaq?

   Amerika imperiyasının dağılması    böyük müharibəyə    səbəb olacaq?
  27 Avqust 2021    Oxunub:1499
“The Economist” nəşri Amerika imperiyasının dağılması ilə əlaqədar dünyada böyük müharibə olacağını proqnozlaşdırıb.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, “The Economist”in köşə yazarı Neil Ferquson ABŞ-ın dünya hökmranlığının süqutunun böyük müharibəyə səbəb olacağını proqnozlaşdırıb.

Onun fikrincə, ABŞ 20-ci əsrin birinci yarısında tənəzzülə uğrayan Britaniya İmperatorluğunun yolunu təkrarlayır. Köşə yazarı qeyd edir ki ki, bunu onun xarici siyasətindəki addımları - ordunun Əfqanıstandan tamamilə çıxarılması və ABŞ-ın iqtisadi tənəzzülü sübut edir.
Vaşinqtonun bir vaxtlar Londonun sahibi olduğu qədər geniş koloniyaları yoxdur, amma 150-dən çox ölkəsində Amerika qoşunları var.

"Bu miqyasda böyük bir qlobal məsuliyyəti daşımaq asan deyil. Ancaq bundan qurtulmağın daha asan olacağına inanmaq da xülyadır", - Ferguson yazıb.

O əmindir ki, Amerika hegemonluğunun tənəzzülü və Çinin böyük dünya gücü olaraq yüksəlməsi iki dövləti Şərqi Asiyada qaçılmaz toqquşmaya aparacaq. Bu bölgədəki güc balansının dəyişməsi səbəbindən Tayvana nəzarət uğrunda Pekin və Vaşinqton arasında ciddi hərbi münaqişə başlayacaq. Bu, ABŞ-ı "dəhşətli" seçim qarşısında qoyacaq: ya çağırışı qəbul edib, uzun və çətin silahlı qarşıdurmaya girməli (1914 və 1939-cu illərdə Britaniya İmperiyası kimi), ya da Çinə güzəştə getməlidir, - Ferguson yekunlaşdırıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: ABŞ   Çin   Müharibə  





Xəbər lenti