Ana və körpəsinin ölümü ilə bağlı cinayət işi açıldı

   Ana və körpəsinin ölümü ilə bağlı cinayət işi açıldı
  02 Sentyabr 2021    Oxunub:1456
Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az ın sorğusuna cavab olaraq məlumat verilib. Qeyd edilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib. Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Ana   Körpə  





Xəbər lenti