Azərbaycanda 3 759 nəfər COVID-19-a yoluxub, 45 nəfər ölüb

   Azərbaycanda 3 759 nəfər COVID-19-a yoluxub,    45 nəfər ölüb
  02 Sentyabr 2021    Oxunub:847
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53 298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, ötən müddət ərzində isə ümumilikdə 4 498 717 test aparılıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti