40 məhkum yanaraq öldü

   40 məhkum yanaraq öldü
  08 Sentyabr 2021    Oxunub:1082
İndoneziyada faciəvi hadisə baş verib.
Azvision.az xəbər verir ki, həbsxanalardan birində baş verən yanğın zamanı ən azı 40 nəfər ölüb.

Ədliyyə və İnsan Haqları Nazirliyinin həbsxana şöbəsinin sözçüsü Riku Apriant hadisənin gecə saatlarında Tangqranq türməsində baş verdiyini açıqlayıb. O, yanğın zamanı binada neçə nəfərin olduğunu dəqiq söyləməsə də, həbsxananın dolu olduğunu təsdiqləyib.

"Reuters"in məlumatına görə, yanğının baş verdiyi blokda narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum edilmiş 122 nəfər olub.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti