Piyadanı vurub qaçan sürücü saxlanılıb - FOTO

  08 Sentyabr 2021    Oxunub :370
Piyadanı vurub qaçan sürücü saxlanılıb -    FOTO
Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Azvision.az

Teqlər: DİN   Qəza  







Xəbər lenti