Gürcüstanda bir gündə virusdan 57 nəfər ölüb

Gürcüstanda bir gündə virusdan 57 nəfər ölüb
  11 Sentyabr 2021    Oxunub:694
Gürcüstanda ötən sutkada koronavirusa 2 533 yeni yoluxma faktı qeydə alınıb, 1 762 nəfər müalicə olunaraq sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 57 nəfər vəfat edib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 579 031 nəfər yoluxub. Onların 536 321-i sağalıb, 8 146-sı ölüb.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti