Türkiyə PA-nın rəsmisi "ASAN xidmət"də

  16 Sentyabr 2021    Oxunub :352
Türkiyə PA-nın rəsmisi "ASAN xidmət"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən xəbərə görə, Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) keçirilən görüşdə qonaqlara “ASAN xidmət”in və EHİM-in fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” və EHİM-in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi və rəqəmsal hökumətin inkişafı sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüşdə ötən il fevralın 25-də Bakı şəhərində Dövlət Agentliyi və Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlanan layihələr müzakirə olunub. Qonaqlar, həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Azvision.az

Teqlər: Türkiyə   ASAN-Xidmət  







Xəbər lenti