Erməni mediası Şuşa əməliyyatından yazdı: "Komandir əsgərlərini atıb qaçıb"

Erməni mediası Şuşa əməliyyatından yazdı: "Komandir əsgərlərini atıb qaçıb"
  18 Sentyabr 2021    Oxunub:2714
İkinci Qarabağ müharibəsindən 10 ay keçməsinə baxmayaraq, Azərbaycan Ordusunun Şuşada keçirdiyi xüsusi əməliyyatlar hələ də gündəmdədir.
Azvision.az xəbər verir ki, Ermənistanda isə bir sıra siyasi qüvvələr işğalçı orduya ağır zərbə vuran Şuşa əməliyyatının əhəmiyyətini azaltmaq üçün müəyyən cəhdlər edir, mətbuatda şayiələr yayaraq, guya şəhərin döyüşsüz alınmasına dair fikirlər səsləndirirlər.

Maraqlısı isə budur ki, erməni mediası tez-tez Şuşada məhv edilmiş hərbçilər haqqında məqalələr dərc edərək, öz siyasətçilərinin fikirlərini ifşa edir.

Buna misal olaraq bu gün Şuşada öldürülən döyüşçülərdən biri haqqında gedən məqaləni göstərmək olar.

Erməni təxribatlarının və yalanlarının üstü açılır
Məqalə erməni hərbi araşdırmaçı Aram Gevroqyanın cəmiyyətə təqdim etdiyi məhv edilmiş iki əsgərlə bağlı məlumatlara əsaslanıb. Burada xeyli sayda erməni əsgərin Şuşada yaralanması haqqında da söz açılır ki, bu da şəhərdə gərgin döyüşlərin getməsindən xəbər verir.

-Azat Qorqyan və Haykaz Mkrtçyan adlı iki dost bir yerdə təhsil almışdılar və hər ikisi 2019 -cu ilin yanvar ayında orduya çağırılıb.
Onlar 6 ay Lusakertdə xidmət etdikdən sonra Azat Hadruta, Haykaz isə Tavuşa göndərilib. Noyabrın 5 -də Azatın tağımı Şuşaya gətirilib. Deyilənə görə, onlar Şuşaya gedərkən zabitləri Azatı tək qoyublar. O burada xeyli yaralı əsgərlərə sarğı qoyaraq onlara kömək edib. Amma özü də yaralanıb. Şuşa dərəsinə gedən yolda Azat tək qalır və kömək üçün geri qayıtmır. Yaralı vəziyyətdə dostuna həkim çağırıb. Əlaqəyə çıxan həkim isə heç bir halda yatmamağı məsləhət görüb. Yəni gücünü qorusun ki, sonradan kömək gəlməzdən əvvəl harada olduğunu deyə bilsin. Beləcə Azat 8 noyabrda Şuşa ətrafında qanitirmədən ölüb. Elə Azatın dostu da eyni gündə öldürülüb.

Azatın cəsədini atası və əmisi uzun müddət tapa bilməyiblər. Onu Qarabağ ərazisində axtarıblar. Amma sonradan dekabrın 2-də cəsəd Sovetaşen morqunda tanınan vəziyyətdə tapılıb. Çünki cibində hərbçi bukleti olub.

Göründüyü kimi heç də Şuşa döyüşsüz alınmayıb, ordumuzun burada xeyli sayda düşmən əsgərlərini inamlı şəkildə məhv etməsi elə erməni ekspertlərin, hərbi araşdırmaçıların dilindən konkret faktlarla sübut olunur.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Şuşa   Ermənistan   Döyüş   Cəsət  





Xəbər lenti