"Subasma halları Binəqədidə müşahidə edilib" - Azərsu

  28 Sentyabr 2021    Oxunub :329
   "Subasma halları Binəqədidə müşahidə edilib" -    Azərsu
"Bakının Şərq hissəsinə o qədər də yağıntı düşməyib. Əsas yağıntı Binəqədi, Biləcəri və Yasamal ərazisinə düşüb. Subasma halları da Binəqədi rayonu ərazisində müşahidə edilib".
Bunu Azvision.az -a açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, Binəqədi rayonunda subasma əsasən Azadlıq prospektindən kənd Binəqədi deyilən əraziyə qədər olan hissədə olub.

“Gələn yağış və kanalizasiya sularının həcmi çox olduğu üçün kollektor eyni anda daşıya bilməyib və subasma halları olub. Yağış səngiyən kimi su azalıb. Küçələrdə olan su axıntısı isə subasma deyil. Harda yağış barmaqlıqları varsa, orada yağış suları gedir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Subasma  







Xəbər lenti