Amazon meşələrində rekord quraqlıq: Dünyada kofe böhranı yarana bilər

  02 Oktyabr 2021    Oxunub :451
Amazon meşələrində rekord quraqlıq:   Dünyada kofe böhranı yarana bilər
Hazırda Cənubi Amerikanın böyük bir hissəsi son yüz ilin ən güclü quraqlığını keçirir. Bu isə bölgənin ən böyük su yollarından biri olan və Braziliya, Paraqvay, Argentinada milyonlarla insanın qaynaqlandığı Parana su sistemini təhdid edir.
Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, quraqlığa səbəb təbiət fenomeni olan və normal hava şəraitini pozan La Ninyadır. Bundan əlavə, Amazonun şimalındakı meşələrin kütləvi şəkildə məhv edilməsi də quraqlığa təsir edir.

Alimlər həyəcan təbili çaldı: Yer kürəsi daha çox qaranlıqlaşır
Mütəxəssislər ehtimal edirlər ki, yağışların olmaması Amazonun tropik meşələrində və Pantanalın bataqlıq ərazilərində şiddətli yanğınlara səbəb ola bilər. Belə vəziyyət xüsusən də Braziliyanın aqrar sənaye kompleksi və energetika sahəsinə mənfi təsir edəcək. Çünki bu ölkə əsasən su elektrik stansiyalarına güvənir.

Xatırladaq ki, bu ilin iyul ayında dünyanın əsas qəhvə istehsalçılarından biri olan Braziliyada şiddətli quraqlıqlar səbəbindən qəhvənin qiyməti sürətlə artmağa başladı.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Braziliya   Quraqlıq   Amazon   Kofe  







Xəbər lenti