"ABŞ tənzimlənməmiş məsələlərin həllinə töhfə verir" - Səfir

  04 Oktyabr 2021    Oxunub :241
   "ABŞ tənzimlənməmiş məsələlərin həllinə töhfə verir" -    Səfir
ABŞ Azərbaycan və Ermənistan arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer jurnalistlərə deyib.

Səfir BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşünü xatırladıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də birtərəfli formatda tərəfləri bir araya gətirib tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.

Litzenberqer vurğulayıb ki, birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması qarşılığında Ermənistan mina xəritələrinin bəzilərini qaytarıb.

Azvision.az


Teqlər: ABŞ   Səfir  







Xəbər lenti