Lavrovdan İrana Xəzərlə bağlı çağırış

   Lavrovdan İrana Xəzərlə bağlı çağırış
  06 Oktyabr 2021    Oxunub:707
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran parlamentinin tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı təsdiq edəcəyinə ümidvar olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bunu Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında deyib.

"Xəzər dənizinə və bu bölgənin işlərinə xarici dövlətlərin müdaxilə üçün zəmin hazırladıqlarına gəlincə, həmsöhbətlərimizə, dostlarımıza Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın ən qısa müddətdə qüvvəyə minməsini təmin etməli olduğumuzu dəfələrlə vurğuladıq. Bu, Xəzər böldəsinə aid olmayan istənilən dövlətin dənizdə hərbi qüvvələrinin olmasını açıq şəkildə qadağan edir. Konvensiya tam ratifikasiyadan sonra qüvvəyə minəcək ",- Lavrov söyləyib.

O bildirib ki, hazırda məsələ İran parlamentində nəzərdən keçirilir: “Ümid edirəm ki, ratifikasiya qərarı tez bir zamanda qəbul ediləcək və bundan sonra konvensiya Xəzər dənizində müvafiq rejimi təmin edən beynəlxalq hüquqi sənədə çevriləcək”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Sergey-Lavrov   Xəzər   Konvensiya  





Xəbər lenti