Azərbaycan nümayəndələri Özbəkistanda

  Azərbaycan nümayəndələri Özbəkistanda
  07 Oktyabr 2021    Oxunub:2224
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Daşkənddə keçirilən “İpək Yolu İncisi” kinofestivalında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti tərkibində Özbəkistana gələn UNEC Tədqiqatlar Fondu Bakı şəhəri Departamentinin rəhbəri Ellada Əliyeva Özbəkistanın İpək Yolu Strateji və Regionlararası Tədqiqatlar institutu direktorunun müavini Sancar Vəliyevlə görüşüblər
Azvision.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın türkdilli dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində inkişaf perspektivləri, qarşılıqlı informasiya mübadiləsi və elmi tədqiqat məsələləri müzakirə olunub.



Qeyd olunub ki, siyasi, iqtisadi, diplomatik, mədəni, elmi və digər sahələri əhatə edən məsələlər Türk Şurası çərçivəsində daim müzakirə olunur və biz öz fəaliyyətimizi məhz bu istiqamətdə qururuq.



Görüşdə institutun proqram təminatı və multimedia şöbəsinin rəisi vəzifəsini icra edən Nigar Şahmərdanova və aparıcı elmi işçi İradə İmamova da iştirak ediblər.

Nadir Quliyev
Azvision.az


Teqlər: Azərbaycan   Özbəkistan  





Xəbər lenti