"Fransa BMT TŞ-dəki yerini Aİ-yə verməyəcək" - Dövlət katibi

   "Fransa BMT TŞ-dəki yerini Aİ-yə verməyəcək" -    Dövlət katibi
  08 Oktyabr 2021    Oxunub:1082
Fransa BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yerini Avropa İttifaqına güzəştə getməyəcək.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri yanında dövlət katibi Jan-Batist Lömuan bildirib.

O bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalacaq.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Daily Telegraph” nəşri Fransanın Aİ-nin ümumi ordusunun yaradılması təklifinin qəbul edilməsi qarşılığında BMT TŞ-yə daimi üzvlüyünü güzəştə getməyə hazır olduğunu açıqlamışdı.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Fransa    





Xəbər lenti