"Şagirdlər arasında yoluxma kritik deyil" - Şöbə müdiri

   "Şagirdlər arasında yoluxma kritik deyil" -    Şöbə müdiri
  11 Oktyabr 2021    Oxunub:1448
"Məktəblərdə şagirdlərin müxtəlif virus infeksiyalarına yoluxması ilə bağlı Təhsil Nazirliyinin qərargahına operativ məlumatlar daxil olur. Unutmaq olmaz ki, kiçik yaşlı məktəblilərin ictimai yerlərə daxil olanda respirator viruslarla xəstələnməsi adi haldır. Əgər xəstələnma halları çox olarsa, normadan artıq hesab oluna bilər".
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, bundan təşvişə düşmək lazım deyil:

"Həm valideynlər, həm də məktəb rəhbərliyi düzgün qərar qəbul edərək vəziyyəti nəzarətdə saxlamalı və şagirdlərin sağlamlığı diqqətdə olmalıdır".

V.Yaqublu qeyd edib ki, tədris ili başlayandan bu günə kimi koronavirusa yoluxma ilə əlaqədar yalnız siniflər distant təhsilə keçib: "Bu da ondan xəbər verir ki, şagirdlər arasında yoluxma halları kritik saya çatmayıb. Bütün ölkə üzrə məktəblərdə bu məsələyə nəzarət edilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yoluxma   məktəb  





Xəbər lenti