“Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” - XİN rəsmisi

 “Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” -    XİN rəsmisi
  11 Oktyabr 2021    Oxunub:884
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə vəhşicəsinə hücumu və bunun nəticəsində azyaşlılar da daxil olmaqla mülki əhalini qətlə yetirməsi və yaralamasından bir il ötür".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.

O qeyd edib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə tam məsuliyyət daşıyır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gəncə-terroru   Leyla-Abdullayeva  





Xəbər lenti