Bakıda narkokuryerlik edənlər saxlanılıb - VİDEO
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb. Belə ki, Polis Şöbəsinə rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1 000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Nəsimi və Yasamal rayonlarında 9 avtomobildən ümumilikdə 2 424 manat pul, bankomat kartları, 1150 manat dəyərində eynəklər, mobil telefonlar, içərisində 150 manat dəyərində qızıl sırğa və 2 ədəd yaddaş kartı olan çanta, eləcə də kosmetik əşyalar oğurlaması müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər istintaqa cəlb olunublar.
AzVision.az
Teqlər: Narkokuryer