"BMT Təhlükəsizlik Şurası zənginlər klubuna çevrilməli deyil" - Vanq Çao

   "BMT Təhlükəsizlik Şurası zənginlər klubuna çevrilməli deyil" -    Vanq Çao
  04 Noyabr 2021    Oxunub:673
“Pandemiyadan sonra çoxsaylı suallar ortaya çıxır. Bu suallara cavab axtararkən ziddiyyətli məqamlara yol verilməməlidir”.
AzVision.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda çıxışında Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra yeni dünya nizamı haqqında düşünülməlidir:

"Pandemiyadan sonra təbii resursların səfərbərliyi qlobal artıma təkan verə bilər. Biz qloballaşmadan qaça bilmərik. Qlobal təchizat zəncirlərinin dağılması dünya nizamına ziddir. Beynəlxalq məsələlərin həlli bütün səylərin cəmlənməsi ilə mümkündür”.

Vanq Çao qeyd edib ki, Çin təhlükəsizliyə, sülhə, beynəlxalq səylərin birləşdirilməsinə dəstəyini davam etdirəcək: "BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri də artırılmalıdır. BMT Təhlükəsizlik Şurası zənginlər klubuna çevrilməli deyil”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Çin   BMT  





Xəbər lenti