“Pandemiya dünyanın reallığını üzə çıxardı” - Sloveniyanın sabiq prezidenti

   “Pandemiya dünyanın reallığını üzə çıxardı” -    Sloveniyanın sabiq prezidenti
  05 Noyabr 2021    Oxunub:716
“COVID-19 pandemiyası dünyanın reallığını, çatışmaz problemləri üzə çıxardı”.
AzVision.az xəbər verir ki, bunu Sloveniyanın sabiq prezidenti Danilo Türk VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, dünya gələcək üçün pandemiyanın nəticələrindən dərs çıxarmalıdır:

“Hazırlanacaq strategiyada pandemiyanın nəticələri əks olunmalıdır. Afrika İttifaqı səhiyyə xidmətləri sektorunda o qədər də güclü deyil. Afrika İttifaqı timsalında bu səpkidə ilk atılan addımlar səmərəli idi. Lakin təzyiq artdıqca, mərkəzi Afrika üstünlüklərdən faydalana bilmədi, zəif mövqedən çıxış etdi. Düşünürəm ki, artıq Afrika qitəsindəki ölkələrə daha çox vaksinlər paylanmalıdır".

D.Turk qeyd edib ki, vaksinlərin ədalətsiz paylanmasının qarşısını almaq lazımdır: “Qlobal platforma üzərində səylərimizi toplamalıyıq. Biz səhiyyə xidmətlərini əlçatan etməliyik”.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti