Səhiyyə naziri əvəzi vətəndaşlara təşəkkür edib

Səhiyyə naziri əvəzi vətəndaşlara təşəkkür edib
  05 Noyabr 2021    Oxunub:645
"Vaksinasiya bu günə qədər uğurla davam edir. Hazırda bu bəla ilə mübarizədə effektiv üsul vaksinasiyadır. Səhiyyə işçisi olaraq həmvətənlərimə minnətdarlığımı bildirirəm".
AzVision.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əhali yüksək səviyyəli vətəndaşlıq nümunəsi nümayiş etdirirlər: "Onlar könüllü şəkildə vaksinasiya prosesinə qoşulurlar. Ölkəmiz dünyada bu sahədə irəlidə gedən ölkələrdən biridir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Vaksinasiya  





Xəbər lenti