"Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" - Hikmət Hacıyev

   "Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" -    Hikmət Hacıyev
  06 Noyabr 2021    Oxunub:800
"Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə oturub, kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”.
AzVision.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, münaqişədən sonra Ermənistan mina xəritələrinin yalnız 25 faizini verib: "100 faizdən 25 faizin verilməsi çox azdır. Ermənistan diasporu Azərbaycana qarşı nifrət və revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, Sovet pioneri idim. O günlər xatirələrimdən getmir, münaqişənin nəticələrinə şahidlik etdim. Ermənistanın siyasi rəhbərliyi Azərbaycana nifrət münasibətində idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu cür səpkidə inkişaf etsin".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti