“Ermənistan itkin düşmüş şəxlərlə bağlı heç bir məlumat vermir” - Ombudsman

   “Ermənistan itkin düşmüş şəxlərlə bağlı heç bir məlumat vermir” -    Ombudsman
  06 Noyabr 2021    Oxunub:905
“İtkin düşmüş 4 min şəxslə bağlı mütəmadi olaraq işlər aparılır. Onların ailələri ilə görüşülür.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O bildirib ki, həmin şəxslər barədə məlumatlar beynəlxalq qurumların diqqətinə də çatdırılır:

"Bir neçə ay əvvəl buna həsr edilmiş bəyanatımız olub. Təəssüf hissə ilə qeyd edirəm ki, Ermənistan bütün beynəlxalq müqavilələrin, o cümlədən insan hüquq və azadlıqlarına dair beynəlxalq müqavilələrin normalarını pozmaqla itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat vermir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Əsir   Girov  





Xəbər lenti