Baydenə dəstək reytinqi antirekord vurub

   Baydenə dəstək reytinqi antirekord vurub
  08 Noyabr 2021    Oxunub:706
ABŞ prezidenti Co Baydenin ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb - 37,8%. Bu, C. Bayden üçün yeni minimum göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə “USA Today” qəzeti və Saffol Universitetinin keçirdiyi sorğunun nəticələrində deyilir. Araşdırma göstərib ki, respondentlərin 59%-i Baydenin dövlət başçısı kimi fəaliyyətini mənfi qiymətləndirib, respondentlərin 3,2%-i isə müvafiq suala cavab verməkdən çəkinib.

Sorğu iştirakçılarının 46%-i hesab edir ki, prezident öz vəzifələrini gözlədiklərindən də pis yerinə yetirir. Eyni zamanda, respondentlərin demək olar ki, 64%-i, o cümlədən Demokratlar Partiyasının tərəfdarlarının 28%-i Demokrat Baydenin 2024-cü ildə ikinci müddətə seçilməsinə qarşı çıxıb. Cozef Baydeni ABŞ vətəndaşlarının 38 faizi dəstəkləyir. Kamala Harrisin vitse-prezident vəzifəsində işini sorğuda iştirak edənlərin yalnız 27,8 faizi dəstəkləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti