"Bu zəfər illərlə səssiz qalanlara ən gözəl cavab oldu" - Akar
"Bu, sadəcə Ermənistana qarşı qazanılan qələbə deyil. Bu zəfər eyni zamanda illərlə haqsızlığa, qanunsuzluğa göz yumanlara, səssiz qalanlara ən gözəl cavab oldu. Hər zaman olduğu kimi sevincinizi sevincimiz, kədərinizi kədərimiz bildiyimiz can qardaşlarımızın bu haqlı mücadiləsində də yanında olduq. Millət olaraq, qardaşlarımıza bütün imkanlarımızla dəstək verməyə çalışdıq. Çünki biz bir kökdən, eyni gövdədən qidalanan ulu çinarın budaqları kimiyik, böyük bir xalqın övladlarıyıq. Biz Metenin, Atillanın, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Tarixi dönəmdə baş verən hadisələr Azərbaycanla Türkiyə arasında maneələr yaratsa da, dini, dili və milliyyəti eyni olan, tarixi qardaşlıq bağlarıyla bir-birinə bağlı olan iki ölkənin xalqlarının qəlbinə heç vaxt kilid vura bilməyib və vurmayacaqdır", - Akar bildirib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Hulusi-Akar