Peskov: Keçən ilki üçtərəfli bəyanat son dərəcə vacibdir

   Peskov: Keçən ilki üçtərəfli bəyanat son dərəcə vacibdir
  09 Noyabr 2021    Oxunub:648
“Rusiyanın, Azərbaycan və Ermənistanın Qarabağ üzrə 2020-ci il 9 noyabr üçtərəfli bəyanatı son dərəcə vacibdir və onun əhəmiyyətini şişirtmək qeyri-mümkündür”. TASS agentliyinin məlumatına görə, Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərlə söhbətində belə deyib.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, Dmitri Peskov bir il əvvəlki sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib, müharibənin dayandırılmasına region iqtisadiyyatının və infrastrukturunun dinc inkişaf yoluna qədəm qoymasına imkan verən sənədlər kimi qiymətləndirdiklərini deyib.

- Rusiyalı sülhməramlılar, Rusiya kontingenti regionda öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejimininin monitorinqini, qaçqınların qayıtması prosesini təmin edir. Bu çox vacibdir. Ona görə də imzalanmış sənədlərin əhəmiyyətini şişirtmək qeyri-mümkündür, - Rusiya prezidentinin sözçüsü bildirib.

Qarabağda sülh barədə imzalanmış bəyanatın bir illiyi münasibətilə Rusiyanın, Azərbaycanın və Ermənistanın rəhbərlərinin üçtərəfli görüşü barədə suala Dmtiri Peskov “İndiki məqamda hansısa konkret anlaşma yoxdur. Lakin “üçlükdə ünsiyyət” barədə razılıq əldə olunacağı təqdirdə sizi məlumatlandıracağam” cavabını verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qarabağ   Peskov  





Xəbər lenti