Gələn il əməkhaqları artırılacaq

   Gələn il əməkhaqları artırılacaq
  10 Noyabr 2021    Oxunub :604
"Sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub".
AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, həmin artımlar hesabına sosial sığorta yığımları da artacaq. Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqlarının yığımına və artmasına müsbət təsir edib:

"Sosial sığorta haqlarının artması hesabına Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artır. Növbəti ildə aztəminatlı ailələrə verilən vəsait üçün də ayırmalar büdcədə qeyd edilib. Əlavə məşğulluğun təşkili üçün də büdcədən müvafiq vəsait yönəldilib”.

AzVision.az

Teqlər: Maaş   Büdcə  







Xəbər lenti