“Azərişıq” gücləndirilmiş iş rejimində çalışır

“Azərişıq” gücləndirilmiş iş rejimində çalışır
  11 Noyabr 2021    Oxunub:554
Ötən gündən başlayan güclü külək səbəbiylə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb ediliməsi ilə bağlı tapşırıq verilib.
Bu barədə AzVision.az - a ASC-dən məlumat verilib.

Qeyd olunub ki, bəzi ərazilərdə güclü külək ağacları, dam örtüklərini və kənar əşyaları xətlərin üzərinə aşırıb və qəzalara səbəb olub. Nəticədə naqillər və dayaqlar yararsız hala düşüb. Dərhal əraziyə cəlb olunan Qəza xidmətinin əməkdaşları müəyyən vaxt çərçivəsində bərpa işləri həyata keçirib. Gecə boyu fasiləsiz iş rejimində çalışan Qəza xidməti əksər qəza yerlərini qısa vaxtda elektrik enerjisi ilə təmin edib. Bakı şəhəri üzrə qəzalar aradan qaldırılmış, Regionlarda bir neçə ünvanda qəzaların aradan qaldırılması işləri yekunlaşmaq üzrədir.

“Azərişıq” ASC istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

AzVision.az


Teqlər:





Xəbər lenti