“Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz” - İdarə rəisi

   “Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz” -    İdarə rəisi
  11 Noyabr 2021    Oxunub:1119
“Amnitsiya tətbiq olunan şəxslərin əvvəllər məhkumluqlarının olub-olmaması yoxlanır”.
AzVision.az xəbər verir ki, bunu Pentensiar xidmətin Təşkilat-Nəzarət idarəsinin rəisi Vüqar Abışov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, Amnitsiya Aktə qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır:

“Əsas məqsəd amnitsiya tətbiq edilən məhkumların siyahısının baş idarəyə təqdim edilməsidir. Biz informasiya bazasından istifadə edərək məlumatları yoxlayırıq. Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz”.

V.Abışov qeyd edib ki, ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə əməkdaşlarının birgə fəaliyyəti ilə amnistiya aktının icrasında ciddi nəzarət həyata keçirilir: “Penitensiar müəssisələr üzrə bu günə qədər 100-dən çox məhkum azad edilib. Cəza müdəti azaldılacaq məhkumlarla bağlı isə prokurorluğa işlər təqdim edilib”.

V.Abışov qeyd edib ki, Əfv və Amnistiya Aktları islah işlərinə də təsir edib: “2020-ci ildə pandemiya şəraitində ölkə başçısı tərəfindən Əfv sərəncamı imzalandı və yaşı 65-dən yuxarı olan 176 nəfər əfv edildi. Bu vətəndaşın harada olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Amnistiya aktı da müəyyən kateqoriya məhkumlara müsbət təsir edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məhkum   Amnistiya  





Xəbər lenti