“Dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik” - Britaniya səfiri

   “Dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik” -    Britaniya səfiri
  15 Noyabr 2021    Oxunub:487
“Biz ötənilki münaqişədən sonra əməkdaşlıq, qarşılıqlı hörmət əsasında regionda daha yaxşı və dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

Səfir Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova təşəkkür edib: “Həmkarım Elin Süleymanova münaqişə nəticəsində həlak olanların xatirəsini anım mərasiminə qatıldığına görə təşəkkür edirəm”.

Qeyd edək ki, diplomat Bakıda 1918-1919-cu ildə həlak olan britaniya hərbçilərinin şərəfinə ucaldılan abidəni ziyarət edib.



AzVision.az


Teqlər: Britaniya   Azərbaycan  





Xəbər lenti