Azərbaycan Premyer Liqası: "Zirə" qələbə qazanaraq 2-ci pilləyə yüksəldi

   Azərbaycan Premyer Liqası:    "Zirə" qələbə qazanaraq 2-ci pilləyə yüksəldi
  20 Noyabr 2021    Oxunub:1581
Azərbaycan Premyer Liqası: Zirə qələbə sayəsində 2-ci pilləyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.
AzVision.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. "Qartallar"ın heyətində digər 2 qolu 47-ci və 74-cü dəqiqələrdə Davit Volkov vurub. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Rauf Əliyev qoyub. Penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, XI turun açılış matçında "Qarabağ" evdə "Keşlə"ni minimal hesabla üstələyib - 1:0. Tura noyabrın 21-də baş tutacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

AzVision.az



Teqlər: Fitbol   Zirə   Səbail  





Xəbər lenti