Baydenin Si Cinpinə məzənnə sövdələşməsi təklifi

       Baydenin  Si Cinpinə      məzənnə sövdələşməsi təklifi
  22 Noyabr 2021    Oxunub:783
ABŞ prezidenti Co Bayden Çinin sədri Si Cinpinə neft qiymətlərinin aşağı salınması yönündə birgə fəaliyyət planı təkilf edib. “South China Morning Post” nəşrinin məlumatına görə, bu təklif bir neçə gün əvvəl ABŞ və Çin liderlərinin videokonfrans şəkilndə keçirilən danışıqları zamanı səsləndirilib.
AzVision.az xəbər verir ki, bu təklifə əsasən ABŞ və Çin öz strateji neft ehtiyatlarına məzənnəni kəskin şəkildə azalda bilərlər. Maralıdır ki, bu təklif Rusiya və Səudiyyə Ərəbistanı OPEK+ razılaşması üzrə nəzərdə tutulan hasilatın həcminin artırılması barədə çağırışları rədd edəndən sonra gündəmə gəlib.

Yazıda enerjidaşıyıcılarına yüksək qiymətlərdən əziyyət çəkən Çin və ABŞ-ın energetika nazirliklərinin sözügedən təklifin detallarını öyrəndikləri bildirilir. Hələlik öz üzərinə konkret heç bir öhdəlik götürməyən Çin tərəfi daxili tələbatı nəzərə almaqla hərəkət edəcəyini açıqlayıb.

Hazırda ABŞ 727 milyon, Çin isə 200 milyon barrel həcmində strateji neft ehtiyatlarına malikdir. Bu həcmin müəyyən hissəsinin bazara çıxarılması “qara qızıl”ın məzənnəsinə ciddi təsir göstərə bilər.

“South China Morning Post” nəşrinin yazdığına görə, hətta Pekin Vaşinqtonun təşəbbüsünü dəstəkləməsə belə, ABŞ yaxın günlərdə öz strateji neft ehtiyatlarının bir hissəsinin şatışını elan etmək fikrindədir.

Neft qiymətlərinin indiki səviyyəsi ABŞ-ı da, Çini də qane etmir. Enerjidaşıyıcılarının bahalaşmasından Çin iqtisadiyyatı əziyyət çəkir. Belə ki, Çində istehsal olunan malların və bütün dünyadan idxal edilən məhsulların qiyməti bahalaşır və nəticədə Çin mallarına tələbat azalır. ABŞ-da isə 6,2% səviyyəsində inflyasiya qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir.

Ekspertlərin fikrincə, hasilatın artırılması yönündə OPEK+ ölkələrinə göstərilən təzyiq müsbət nəticə vermədiyindən ABŞ-da strateji neft ehtiyatlarının nəzarətdən çıxarılması barədə təkilflər səsləndirilir. Amma əksər analitikilər hətta ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsinin bazara çıxarılacağı halda belə “qara qızıl”a məzənnənin uzun müddət aşağı səviyyədə qalmayacağını vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: ABŞ   Çin  





Xəbər lenti