"İlin ASAN könüllüsü" seçildi
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllülərini Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edərək ölkəmizdə könüllülük hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, müxtəlif istiqamətlərdə reallaşdırılan layihələrin önəmindən bəhs edib.
Sonra "İlin ASAN könüllüsü" nominasiyası üzrə könüllülük fəaliyyətində fərqlənənlərə, həmçinin "ASAN xidmət" əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbirdə ASAN Könüllüləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri də nümayiş etdirilib.
AzVision.az
Teqlər: ASANkönüllü