Gürcüstan XİN “3+3” formatı ilə bağlı açıqlama yaydı

   Gürcüstan XİN “3+3” formatı ilə bağlı açıqlama yaydı
  09 Dekabr 2021    Oxunub:1329
Gürcüstan dekabrın 10-da Moskvada keçiriləcək "3+3" platformasının ilk iclasında iştirak etməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, Gürcüstan bu formatında iştirakını nəzərdən keçirmir.
“XİN bu mövzuda öz mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna görə də dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”, - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Gürcüstan-XİN   3+3  





Xəbər lenti