"Zəngəzur dəhlizi açılacaq" - Tahir Budaqov

   "Zəngəzur dəhlizi açılacaq" -    Tahir Budaqov
  24 Dekabr 2021    Oxunub:1281
"Azərbaycan bu gün regionda etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Bu da müasir çağırışlara, həmçinin yeni reallıqlara uyğun daxili və xarici siyasətin həyata keçirilməsi ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

T.Budaqov əlavə edib ki, Azərbaycan regionda kommunikasiyaların bərpası ilə bağlı qətiyyətli mövqe sərgiləyib:

“Azərbaycanın yaratdığı reallıq Cənubi Qafqazı əməkdaşlıq və inteqrasiya mərkəzinə çevirir. Zəngəzur dəhlizi Cənubi Qafqazın dünyaya yeni simada təqdim olunmasını təmin edəcək. Şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq, həm region və regiondan kənar dövlətlər bu reallıqdan faydalana biləcəklər. Böyük Qayıdış həyata keçiriləcək. Bu, Azərbaycan xalqının ən böyük arzularından biri idi və buna nal olduq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti