Hacıqabul sakinindən sənədləri olmayan tüfəng götürülüb

Hacıqabul sakinindən sənədləri olmayan tüfəng götürülüb
  28 Dekabr 2021    Oxunub:638
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az - a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ceyhun Şahsuvarovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti