Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

   Sabah  bu yolda hərəkət məhdudlaşdırılacaq
  01 Yanvar 2022    Oxunub:1354
Sabah saat 12:00-dan axşam saatlarına qədər Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.
Bu barədə AzVision.az - a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək.

"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatsa qeyd edilib.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti