Kolumbiyada silahlı toqquşmalar: 20 ölü

Kolumbiyada silahlı toqquşmalar:    20 ölü
  03 Yanvar 2022    Oxunub:795
Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində keçmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu” silahlı qruplaşmalarının üzvləri arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları vəziyyətin normallaşdırılması üçün ölkə Prezidenti İvan Dukeyə müraciət edib. Bazar ertəsi səhər Təhlükəsizlik Şurasının iclası keçiriləcək və iştirakçılar regiondakı vəziyyəti qiymətləndirəcəklər. Yerli hakimiyyət orqanları bildiriblər ki, bəzi sakinlər müvəqqəti olaraq evlərini tərk etmək qərarına gəliblər.

Qeyd edək ki, təqribən 1500 üzvü olan Milli Azadlıq Ordusu 2016-cı ilin noyabrında hökumət İnqilabçı Silahlı Qüvvələrlə sülh sazişi bağladıqdan sonra Kolumbiyada yeganə üsyançı qrup olaraq qalıb.

Torres Prezident İvan Dukeni, regionun Ombudsman ofisini və insan haqları müdafiəçilərini hadisələrə müdaxilə edərək zorakılığa son qoymağa çağırıb.

AzVision.az


Teqlər: Kolumbiya   Silah  





Xəbər lenti