Paşinyan: "Böyük tranzit potensialı əldə edəcəyik"

 Paşinyan:  "Böyük tranzit potensialı əldə edəcəyik"
  04 Yanvar 2022    Oxunub:1338
"Ermənistan regional dəyişikliklər nəticəsində daha böyük tranzit potensialı əldə edəcək".
AzVision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Gümrüdə səfərdə olarkən deyib. Ermənistan rəhbəri Gömrük Xidmətinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı gömrük işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini önə çəkib.

- Ermənistanın cəlbedici tranzit ölkəsi olması çox vacibdir. Bunun üçün təkcə yollar, kommunikasiyalar deyil, həm də bizim təqdim etdiyimiz xidmətlər, xüsusən də Gömrük Xidməti vacibdir, - Paşinyan deyib.

O, xidmətin əməkdaşlarını təbrik edərək, aparılan islahatların onun imicini yüksəldəcəyinə ümid etdiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Tranzit   Gömrük  





Xəbər lenti