Qazaxıstanda internet kəsilib

   Qazaxıstanda internet kəsilib
  05 Yanvar 2022    Oxunub:1026
Qazaxıstanın bütün ərazisində internet kəsilib.
AzVision.az xəbər verir ki, bu barədə "RİA-Novosti" internetin işini analiz edən “NetBlocks” təşkilatına istinadən məlumat yayıb.

Təşkilat ölkə üzrə internetin kəsilməsinin qeydə alındığını açıqlayıb: "Qazaxıstan mobil internetin bir günlük kəsilməsi və qismən məhdudiyyətlərdən sonra indi ümummilli səviyyədə internetin bağlanması ilə üzləşib. Bu, çox güman ki, hökumət əleyhinə artan etirazların işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdıracaq", - “NetBlocks” bəyan edib.

Bundan əvvəl Qazaxıstanın bəzi dövlət qurumlarının saytlarını xaricdən açmaq mümkün olmayıb, həmçinin müxtəlif KİV-lərin saytları da işləmir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti