Dünyada taxılın bahalaşması davam edir – CƏDVƏL

   Dünyada taxılın bahalaşması davam edir –    CƏDVƏL
  06 Yanvar 2022    Oxunub:1152
Bu gün Azərbaycanda unun və çörəyin icazə verilən maksimum qiymətləri müəyyənləşib. “Trend”in məlumatına görə, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,5 manat, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,65 manat müəyyən edilib.
Qeyd edək ki, ərzaq buğdasının qiymətləri qlobal iqtisadi proseslər, COVID-19 pandemiyasının təsiri, 2021-ci il ərzində dünya bazarlarında ərzaq buğdasına artan tələbat, habelə buğda istehsalçısı ölkələr tərəfindən həyata keçirdiyi tədbirlər fonunda kəskin bahalaşıb.
İran ərazisi rus taxılı üçün dəhliz rolunu oynayacaq?

Dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Məsələn, Almaniyada buğdanın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 33%, Rumıniyada isə bu rəqəm daha yüksəkdir - 33,70%. Türkiyədə ərzaq məhsullarının qiymətləri 27,11% artıb.

Türkiyədə 2021-ci il üçün taxılın qiyməti bir ton üçün 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti 3720 türk lirəsi (297 dollar) təşkil edir. İspaniyada buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib, Xorvatiyada isə 53% artım var. Yuxarıda göstərilən artım templəri hələ ki, ən yüksək deyil.

Yunanıstanda buğda qiymətləri qeyd olunan dövr ərzində 210%, Kanadada isə 51% artıb. Qırğızıstanda taxılın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 39,3% artıb.

Aşağıdakı cədvəldə müxtəlif ölkələrdə ərzaq qiymətlərinin artım göstəricilərini təqdim edirik:


Bu siyahını uzatmaq olar. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki, 2022-ci il pandemiyadan sonrakı dövr kimi yadda qalacaq və tələbatın artması, taxıl, ərzaq və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymətlərin qalxması qaçılmazdır.


Teqlər: Taxıl   Buğda   Bahalaşma  





Xəbər lenti