Bankların vəziyyəti düzəlib, amma yenə əyridir – TƏHLİL

// Real iqtisadiyyatı kreditləşdirmək niyə mümkün olmur?

   Bankların vəziyyəti düzəlib, amma yenə əyridir –    TƏHLİL
  10 Yanvar 2022    Oxunub:2093
Bank sektorunda vəziyyət sabitdir. Bunu cari ilin yanvar-noyabr aylarında sektorun 614,1 milyon manat xalis mənfəət əldə etməsi faktı da sübut edir. Qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. Artıq başa çatmaqda olan il ərzində bank sektoru xalis mənfəət cəhətdən hər ay artım nümayiş etdirib.
Bu ilin dekabrın 1-nə ölkəmizin bank sektorunun aktivləri 35 604,5 milyon manat təşkil etməklə, ötən il yanvarın 1-i ilə müqayisədə 15,8 faiz çox olub. Xatırladım ki, aktiv - bankların həyata keçirdiyi kredit əməliyyatları üzrə əmələ gələn vəsaitə deyilir. İlk dəfədir ki, bankların aktivləri 35 milyard manatı keçib.

Xalis mənfəət göstəricisi üzrə 11 ay ərzində (2021-ci ilin yanvar-noyabr ayları) bankların əməliyyat gəlirləri 2 693,3 milyon manat - ötən ilin eyni dövrünə nisbətən 14,6 faiz çox, əməliyyat xərcləri 1 777,6 milyon manat (15,1 faiz çox), xüsusi ehtiyatlara ayırmalar 180,8 milyon manat (61,4 faiz çox), digər gəlirlər isə 0,9 milyon manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələrisə 121,6 milyon manat (16,8 faiz az) təşkil edib. Bankların aktivlərinin 15 097,0 milyon manatını isə müştərilərə verilmiş xalis kreditlər təşkil edib ki, son 1 ildə sektorun kredit portfeli 15,2 faiz böyüyərək, kreditlərin aktivlərdəki payı 42,6 faizlə 42,4 faiz aralığında qərarlaşıb.

Son illər ərzində həm xarici şəraitin normallaşması, həm hökumətin və dövlətin bank sektorunu 2014-2015-ci illərdə yaranan böhran nəticəsində üzləşdikləri problemlərdən xilas etməsi sayəsində kommersiya banklarının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsi həll olunmasayı və banklar "süni nəfəs aparatından" ayrılmasa idilər, indi vəziyyətin nə yerdə olacağını təsəvvür etmək də çətin idi.

Yeri gəlmişkən, problemli kreditlər göstəricisi də qənaətbəxş vəziyyətdədir. Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib ki, bu da problemli kreditlərin həcminin ilin əvvəlinə nisbətən 12 faiz, son 1 ildə isə 14,8 faiz azaldığı deməkdir. Bank sektorunda vəziyyətin düzəlməsinə daha bir əyani sübutsa əhalinin əmanətlərinin yerləşdirilməsi üzrə dollara meylin azalması faktorudur. Yəni, başqa sözlə desəm, dedollarizasiya prosesinin güclənməsidir.Bu, çox müsbət tendensiyadır.

Cari ilin ötən 11 ayının yekununa görə banklarda cəmi depozitlərin həcmi 26790.9 milyon manat təşkil edib. Ümumiyyətlə, Azərbaycanda əhali dollarda deyil, milli valyutada depozit qoymağa daha çox meyllənib. Fiziki şəxslərin əmanətlərinin həcmi 1 dekabr 2021-ci il tarixinə 9051.7 milyon manat ekvivalentində olub. 2021-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitlərinin həcmi 873.82 milyon manat artıb. Son bir ayda isə əhalinin banklardakı depozitlərinin həcmi 164.28 milyon manat və yaxud 1.8 faiz təşkil edib. Fiziki şəxslərin depozitlərinin 5 267.7 milyon manatı müddətli (yəni faiz almaq müqabilində banka yerləşdirilmiş), 3 613.2 milyon manatısa tələbli depozitlər olub.

Əhalinin depozitlərinin həcmi milli valyutada daha kəskin artıb. Məsələn, manatda olan depozitlərin həcmi son bir ayda 4.2 faiz, ilin əvvəlindən isə 1 227.67 milyon manat və yaxud 30.5 faiz artım nümayiş etdirərək, 5 254.8 milyon manata yüksəlib. Xarici valyutada isə ilin əvvəlindən bəri baş verən eniş son bir ayda 1.2 faiz (47.10 milyon manat), ilin əvvəlindən isə 8.5 faiz (353.84 milyon manat) azalaraq 3 796.9 milyon manata qədər düşüb.

Xatırladım ki, banklarda dollarlaşma 2014-cü ildə neftin dünya bazar qiymətləri düşdükdən sonra başlamışdı. 2015-ci ildə Mərkəzi Bank tərəfindən iki dəfə devalvasiya nəticəsində bu proses daha da sürətləndi. 2017-ci il və ondan sonrakı ilə qədər banklarda yerləşdirilən vəsaitlər əsasən dollarla idi. Manatın dəyəri möhkəmləndikcə, eyni nöqtədə qalıb sabit xarakter daşıdıqca və banklar tərəfindən dedollarizasiya prosesi stimullaşdırıldıqca - manatla əmanət qoyuluşu şirnikləndirildikcə balans tədricən dəyişməyə başladı. Və budur, manatla əmanət yerləşdirilməsi daha çoxdur.

Bəs, bütün bu qeyd olunanlara əsasən bank sektorunun real vəziyyətini artıq sağlam hesab etmək mümkündürmü?! Təəssüf ki, hələ də, yox!


Müəllifin əvvəlki yazıları:

“Çörək bazarı” əslində necə tənzimlənməlidir – TƏHLİL
2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL
İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
Gələn ilin büdcəsi: Rekordlar təzələnir – TƏHLİL
Geriyə - gələcəyə: 2022-ci il 2019-un davamı olacaq - TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Ölkəmizdə bank sektorunu "uçuruma" salan, xəstələndirən nə yuxarıda qeyd etdiyim 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin ucuzlaşması olmuşdu, nə də keçənilki pandemiya şəraiti. Bank sektoruna pandemiya tez təsir göstərə bilməzdi. Bunun üçün bir az vaxt lazım idi. Odur ki, ortada əgər hansısa göstəricilərdə mənfi fəsadlar və meyllər görünürdüsə bu, sektorun vəziyyətindən irəli gəlirdi.

Bizdə bank sektorunu sağlamlaşdırmağa çoxdan ehtiyac vardı. Bank sektoru elə bir sahə deyil ki, sağlam vəziyyətdədirsə kənar və subyektiv təsirlər onu dərhal pis vəziyyətə sala bilsin. Sözügedən sektoru silkələmək üçün gərək, onun özündə ciddi xəstəlik simptomları olsun. Bunun isbata ehtiyacı yoxdur. Ona görə də iqtisadi şərait pisləşən kimi birinci olaraq məhz bank sektorunda problemlər üzə çıxır.

Azərbaycanda bank sektoru 2014-2015-ci ildən əvvəl də sağlam vəziyyətdə deyildi. Odur ki, onu sağlamlaşdırmaq üçün təkcə bankları ləğv etmək çıxış yolu ola bilməzdi. Banklara dəstək lazım idi. Əgər 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsinə müdaxilə olunmasa və bu yolla da banklar "süni nəfəs aparatından" ayrılmasalar, bugün vəziyyət nə yerdə idi, Allah bilir...

Ona görə də əsas tələb budur ki, məsələ real sektorun və bazarın öhdəsinə buraxılsın. Yəni, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə nail olunsun. Bank sektoru ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək, bu sahədən ixracı artırmaq tələblərinə cavab verməlidir. Bunun üçün isə onlar qeyri-neft sektorunu maliyyələşdirməlidirlər. Başqa sözlə desəm, istehlak deyil, biznes və istehsal kreditləşdirilməsinə can atmalıdırlar. Real vəziyyət ondan ibarətdir ki, yazının girişindən bəri sadaladığım müsbət tendensiyalardan dolayı banklarda yaranan izafi likvidlik, yəni pul artıqlığı məsələsi yavaş-yavaş ciddi "baş ağrısına" çevrilə bilər.

Hazırda ölkədə 26 bank fəaliyyət göstərir, likvidlik isə normadan iki dəfə çoxdur. Belə ki, əvvəl borc verməyə pul yox idi, indi pul var, borc vermək olmur. Çünki faizlər hədsiz yüksək, real sektorda və biznes sahəsində isə risk amilləri çoxdur. Odur ki, Mərkəzi Bankının sədri Elman Rüstəmov demişkən, bankları çox şeydə günahlandırmaq mümkün olsa da, vəsaitləri əllərində saxlayıb kredit verməməklərinə görə ittiham etmək əsassızdır. Çünki bunun üçün əldə səbəb olmalıdır. Səbəb isə, iqtisadiyyatdadır.



Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Bank  





Xəbər lenti