Geriyə - gələcəyə: 2022-ci il 2019-un davamı olacaq - TƏHLİL

// İnflyasiyanı "yemləməmək" üçün artımların mərhələli olması vacibdir

      Geriyə - gələcəyə:    2022-ci il 2019-un davamı olacaq -   TƏHLİL
  21 Dekabr 2021    Oxunub:4894
Dövlət başçımızın 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, gələn il yanvarın 1-dən büdcədən maaş, pensiya alanların gəlirləri artacaq. Yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 250 deyil, 300 manat olacaq. Təhsil işçilərinin əməkhaqqları orta hesabla 20 faiz artacaq. Demək olar, bütün növ sosial müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə yüksələcək.

Qısa desəm, 2022-cil 2019-cu ilin davamı olacaq. Xatırladım ki, 2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olmuşdu. 2020-ci ildə bunu davam etməyə imkan olmadı.
Gələn il təkcə minimum aylıq əməkhaqqı məbləğinin 250 manatdan 300 manata çatdırılması 800 minə yaxın vətəndaşın gəlirlərinə təsir edəcək. Büdcə təşkilatlarında çalışanların əməkhaqları 19 pilləli vahid tarif cədvəli üzrə müxtəlif səviyyələrdə artacaq.


Sosial ödənişlərə gəlincə, ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin dövlət büdcəsindən alacaqları artacaq. Növbəti sosial artımlar üst-üstə 2,1 milyondan çox vətəndaşı əhatə edəcək.


İndi əsas sual odur ki, həyata keçiriləcək artımlar mövcud bahalaşma və inflyasiya tempinə görə qənaətbəxş sayılırmı və əhalinin rifah halının yaxşılaşdırılması baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?! İl başlayandan bəri hər yerdə olduğu kimi, ölkəmizdə də ümumistehlak qiymətləri artmaqda davam edir, inflyasiya yüksək səviyyədədir, təklif getdikcə yüksəlməkdə olan tələbi qarşılaya bilmir.


Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4 faiz, qeyri-ərzaq malları 4,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,4 faiz artıb. Əhalinin gəlirlərisə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında nominal ifadədə cəmi 2,5 faiz artaraq, 51,6 milyard manat təşkil edib.


Qiymətlərin yüksəlişinin hansı səbəblərlə bağlı olduğunu əvvəlki yazılarda izah etmişəm. Bu, həm qlobal təsirlərlə bağlıdır, həm də daxildə tələbin artması ilə. Əməkhaqqı, pensiya və sosial ödənişlərin artması sözsüz ki, əlavə təkan yaradacaq. Çünki qiymət artımı hələ davam edir və edəcək. Odur ki, bəzilərinin əhalinin gəlirləri üzrə gələn il həyata keçiriləcək artımların arzulanan səviyyədə olmadığı fikrilə razılaşmaq mümkün deyil.


Müəllifin əvvəlki yazıları:

İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL


Məsələn, bəzi iqtisadçıların minimum əməkhaqqı səviyyəsinin 250 manatdan cəmi 50 manat qaldırılaraq, 300 manata çatdırılmasını az hesab etmələri düzgün sayıla bilməz. Bu, "odun üzərinə benzin atmaq" kimi bir effekti verə bilərdi.


Ümumiyyətlə, büdcədən sosial istiqamətdə ödənişlərin artırılmasında səmərəlilik dərəcəsi yüksək həssaslıqla nəzərə alınmalı və əsas hədəfin nədən ibarət olduğu əsla yaddan çıxarılmalı deyil. Hədəf isə əhalinin real gəlirlərinin artmasına nail olmaqdan ibarətdir. Bəli, minimum əməkhaqqı səviyyəsini misal üçün, 350 manat da etmək olardı. Və dövlət büdcəmizin və ümumiyyətlə, ölkəmizin mövcud maliyyə resursları buna imkan verirdi. Lakin bu, inflyasiyanın və qiymət artımının “yeminə” çevriləcəkdisə, artımlara mərhələli olaraq getmək daha məsləhətdir. Başqa sözlə desəm, inflyasiya ocağını alovlandırmaqla deyil, lokallaşdırmaqla. 2019-cu ildə olduğu kimi...


2019-cu ildə arada 6 ay fasilə verilməklə 2 dəfə artıma gedildi və bir ildə 2 sosial paket icra edilərək, minimum əməkhaqqı 2 dəfə artırılmaqla, 130 manatdan 250 manata qaldırıldı. Nəticədə sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna əvvəl çatdı, sonra isə onu keçdi.


2019-cu ildə artımlar mərhələlərlə həyata keçirildiyindən əhalinin gəlirlərinin artması da real olaraq daha çox hiss edildi. 4 milyondan çox vətəndaşı əhatə edən artımlar heç bir halda inflyasiya faktoruna çevrilmədi və ölkədə qiymət artımlarına rəvac yaratmadı. Həmin il cəmi 2,6 faiz inflyasiya qeydə alınmışdı.


Ümumiyyətlə, 2019-cu ilin təcrübəsi bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin gəlirlərinin artması, sosial istiqamətdə maliyyələşdirmənin genişləndirilməsi inflyasiya yaratmır və kəskin şəkildə qiymətlərin yüksəlməsi faktoruna çevrilmir. Ancaq bir şərtlə ki, bu sahədə “yanğın” olmasın. Hazırda isə inflyasiya tempi yüksəkdir, qiymət artımı dalğası var. Və bu, əhalinin gəlirlərinin artması ilə əlaqədar deyil. Ona görə də yeni ildən baş tutacaq artımların səviyyəsi qənaətbəxş həddə, düşünülmüş və ehtiyatlı şəkildə həyata keçiriləcək məbləğlərdədir.


2022-ci ildə sosial istiqamətdə həyata keçiriləcək geniş maliyyələşdirmə tədbirlərinin real inflyasiya alovunun “yeminə” çevrilməyəcəyinə inam böyükdür və güman etməyə əsas vardır ki, hökumətin və dövlətin əlində olan müvafiq alətlər hesabına bazar sırf tələb ilə təklifin nisbəti çərçivəsindən kənar diqtə nümayiş etdirməyəcək.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL

Qalereya




Teqlər: Sosial-siyasət   Artımlar  





Xəbər lenti